Azərbaycan Kuboku: "Keşlə" doğma meydanda "Kəpəz"i minimal hesabla məğlub edib

  Bölmə: Ölkə futbolu | 594 | 18:46 02-02-2021
Azərbaycan Kuboku: "Keşlə" doğma meydanda "Kəpəz"i minimal hesabla məğlub edib

Fevralın 2-də futbol üzrə Azərbaycan kubokunun dörddəbir final mərhələsi çərçivəsində keçirilən matçda “Keşlə” doğma meydanda “Kəpəz”i qəbul edib.

OLİMPSPORT xəbər verir ki, “ASK Arena”da keçirilən qarşılaşmada meydan sahibləri minimal hesabla qalib gəliblər. Görüşün 42-ci dəqiqəsində vurulan yeganə qolun müəllifi isə Sezar Meza Kolli olub. Bu oyunun cavab qarşılaşması fevralın 7-də Gəncə şəhər stadionunda baş tutacaq.

Xatırladaq ki, ölkə kubokunun dörddəbir final mərhələsinin digər oyunlarında “Səbail” səfərdə “Sumqayıt”ı (0:1), “Qarabağ” isə öz meydanında “Qəbələ”ni (3:1) məğlub edib. “Neftçi” – “Zirə” görüşü isə hazırda davam edir.

Azərbaycan kubokunun dörddəbir final mərhələsində cavab görüşləri isə fevralın 6-da və 7-də keçiriləcək.


Digər xəbərlər