Türkiyə Superliqası: İstanbul derbisini "Qalatasaray" qazandı

  Bölmə: Xarici futbol | 472 | 08:18 03-02-2021
Türkiyə Superliqası: İstanbul derbisini "Qalatasaray" qazandı

Fevralın 2-də futbol üzrə Türkiyə çempionatının XXIII turu çərçivəsində keçirilən qarşılaşmada “Qalatasaray” doğma meydanda “Başakşəhər”i qəbul edib.

OLİMPSPORT xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə meydan sahibləri rəqibinin qapısından üç cavabsız qol keçirib. "Qalatasaray"ın qollarını Henri Onyekuru (45), Rayan Babel (64) və Mustafa Muhammed (90+2) vurub.

Günün digər matçı - “Rizəspor” - “Kasımpaşa” oyununda qalib müəyyənləşməyib - 1:1.

Turun digər oyunları aşağıdakılardır:

“Sivasspor” - “Ərzurumspor”;

“Fatih Karagümrük” – “Qaziantep”;

“Kayserispor” - “Alanyaspor”;

“Antalyaspor” – “Beşiktaş”;

“Konyaspor” – “Gənclərbirliyi”;

“Göztəpə” – “Yeni Malatyaspor”;

“Trabzonspor”- “Dənizlispor”:

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 48 xalla “Fənərbağça” başçılıq edir. İkinci pillədə 45 xal toplayan “Qalatasaray”, üçüncü pillədə isə 44 xala malik olan “Beşiktaş” qərarlaşıb.

Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XXIII turda “Ankaragücü” istirahət edir.


Digər xəbərlər