AFFA "Səbail" və "Kəpəz" i cərimələyib

  Bölmə: Ölkə futbolu | 394 | 19:32 04-02-2021
AFFA "Səbail" və "Kəpəz" i cərimələyib

AFFA İntizam Komitəsi “Səbail” klubunu 800 manat məbləğində cərimələyib.

OLİMPSPORT xəbər verir ki, buna paytaxt təmsilçisinin “Sumqayıt”a 1:0 hesabı ilə qalib gəldiyi Azərbaycan kubokunun dörddəbir final mərhələsinin ilk matçına gecikməsi səbəb olub. “Kəpəz” klubu da eyni məbləğdə cərimə ödəyəcək. Gəncə təmsilçisinin 4 futbolçusu “Keşlə”yə 0:1 hesabı ilə uduzduqları dörddəbir finalın ilk görüşündə sarı vərəqə ilə cəzalandırlıb.


Digər xəbərlər