Türkiyə Superliqası: "Trabzonspor" doğma meydanda "Dənizlispor" u məğlub edib

  Bölmə: Xarici futbol | 295 | 07:20 05-02-2021
Türkiyə Superliqası: "Trabzonspor" doğma meydanda "Dənizlispor" u məğlub edib

Fevralın 4-də futbol üzrə Türkiyə çempionatında XXIII tur çərçivəsində keçirilən qarşılaşmada “Trabzonspor” doğma meydanda “Dənizlispor”u qəbul edib.

OLİMPSPORT xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə meydan sahibləri rəqibini minimal hesabla məğlub edib. Trabzon təmsilçisinin yeganə qolunu 61-ci dəqiqədə Anastasios Bakasetas vurub. Günün digər oyununda "Göztəpə" və "Yeni Malatyaspor" klubları qarşılaşıblar. Bu matçda isə qalib müəyyənləşməyib - 2:2. Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 48 xalla “Fənərbağça” başçılıq edir. İkinci pillədə 45 xal toplayan “Qalatasaray”, üçüncü pillədə isə onunla eyni xala malik olan “Beşiktaş” qərarlaşıb.


Digər xəbərlər