Məhəmməd Salah Afrikada son on ilin ən yaxşı futbolçusu seçilib

  Bölmə: Xarici futbol | 341 | 19:30 05-02-2021
Məhəmməd Salah Afrikada son on ilin ən yaxşı futbolçusu seçilib

Məhəmməd Salah Afrikada son on ilin ən yaxşı futbolçusu seçilib

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Afrikada son on ilin ən yaxşı futbolçularının adlarını açıqlayıb.

OLİMPSPORT IFFHS-in saytına istinadla xəbər verir ki, İngiltərənin “Liverpul” klubunun və Misir millisinin futbolçusu Məhəmməd Salah birinci yerə layiq görülüb. Onun seneqallı komanda yoldaşı Sadio Mane ikinci, “Mançester Siti”də çıxış edən Əlcəzair yığmasının üzvü Riyad Mahrez isə üçüncü olublar. M.Salah Misir millisinin heyətində keçirdiyi 68 oyunda 43 qol vurub.


Digər xəbərlər