Teymur Rəcəbov "Champions Chess Tour" yarışına uğurlu start verib

  Bölmə: Digər növlər | 249 | 10:44 07-02-2021
Teymur Rəcəbov "Champions Chess Tour" yarışına uğurlu start verib

Azərbaycan şahmatçısı Teymur Rəcəbov “Champions Chess Tour” onlayn şahmat seriyasının üçüncü mərhələsinin ilk yarış günündə 5 turda mübarizə aparıb.

OLİMPSPORT xəbər verir ki, “Opera Euro Rapid” adlanan turnirin birinci turunda şahmatçımız Almaniya təmsilçisi Matias Blubaumla heç-heçə edəndən sonra növbəti oyunda amerikalı şahmatçı Sem Şenklandı məğlub edib. Sonrakı oyunlarda ABŞ-ın digər təmsilçisi Leyner Dominqez, Polşa şahmatçısı Yan-Kşıştof Duda və rusiyalı Aleksandr Qrişukla ilə heç-heçə edərək aktivinə 3 xal yazdırıb. Üç gün davam edəcək qrup mərhələsində gündə beş tur oynanılacaq.

Turnirin mükafat fondu 100 min ABŞ dolları təşkil edir.

“Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarətdir və 2021-ci ilin sentyabrına qədər davam edəcək.


Digər xəbərlər