Azərbaycan kubokunun bütün yarımfinalçıları məlum olub

  Bölmə: Ölkə futbolu | 267 | 20:24 07-02-2021
Azərbaycan kubokunun bütün yarımfinalçıları məlum olub

Fevralın 7-də futbol üzrə Azərbaycan kubokunun dörddəbir final mərhələsinin sonuncu cavab qarşılaşması keçirilib.

OLİMPSPORT xəbər verir ki, mərhələnin sonuncu matçında “Neftçi” klubu “Zirə”nin qonağı olub. Matçda qapılara qol vurulmayıb. Birinci qarşılaşmada Rəşad Sadıqovun komandası 1 cavabsız qolla qalib gəldiyindən yarımfinala vəsiqə qazanıb.

Yarımfinal mərhələsində "Keşlə" "Zirə" ilə qarşılaşacaq. Ötən gün keçirilən oyunların nəticələrinə əsasən, digər yarımfinal matçında “Qarabağ” “Sumqayıt”la üz-üzə gələcək. Bu mərhələnin görüşləri 21-29 apreldə oynanılacaq.


Digər xəbərlər