"Neftçi" Bolqarıstan klubundan futbolçu icarəyə götürüb

  Bölmə: Ölkə futbolu | 217 | 14:20 10-02-2021
"Neftçi" Bolqarıstan klubundan futbolçu icarəyə götürüb

Bakının “Neftçi” klubu hücumçu transferini rəsmiləşdirib.

OLİMPSPORT kluba istinadla xəbər verir ki, bolqarıstanlı futbolçu Ahmed Ahmedovla mövsümün sonunadək müqavilə imzalanıb. Bolqarıstanın ÇSKA (Sofiya) klubuna məxsus olan 25 yaşlı futbolçu icarə əsasında Bakı təmsilçisinin heyətində çıxış edəcək. A.Ahmedov Bolqarıstanın “Çernomorets”, “Neftoximik”, “Pomorie” və “Dunav Ruse” klublarında forma geyinib.


Digər xəbərlər