Türkiyə Superliqası: "Fənərbaxça" səfərdə qələbə qazanıb

  Bölmə: Xarici futbol | 401 | 22:35 13-02-2021
Türkiyə Superliqası: "Fənərbaxça" səfərdə qələbə qazanıb

Türkiyə Superliqasında 25-ci turun oyunları davam edir.

OLİMPSPORT xəbər verir ki, ikinci oyun günündə üç matç keçirilib.

“Kayserispor” öz meydanında “Ankaragücü” ilə qolsuz bərabərə qalıb. Digər görüşdə “Trabzonspor” evdə “Qaziantep”a 1:0 hesabı ilə qalib gəlib.

“Fənərbaxça” isə “Fatih Karagümrük”ün qonağı olub. İstanbul təmsilçisi 2:1 hesabı ilə qalib gələrək vahid lider olub.

Qeyd edək ki, "Fənərbaxça" hazırda 51 xalla 1-ci, "Qalatasaray" 48 xalla (23 oyun) 2-ci, "Beşiktaş" eyni xalla (23 oyun) 3-cü, "Trabzonspor" 45 xalla 4-cüdür.

13 fevral

“Kayserispor” – “Ankaragücü” – 0:0

“Trabzonspor” – “Qaziantep” – 1:0

Qol:Bakasetas, 67

“Fatih Karagümrük” – “Fənərbaxça” – 1:2

Qollar: Borini, 67 - Tiam, 19, Valensiya, 53


Digər xəbərlər