İdman məktəbinin nümayəndələri şəhid Elnur Mustafayevin ailəsini ziyarət ediblər

1 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin (RİOEUGİM) nümayəndələri ikinci Qarabağ müharibəsində şəhid olmuş idmançı Elnur Mustafayevin ailəsini ziyarət ediblər.
OLİMPSPORT xəbər verir ki, ziyarət 1 RİOEUGİM-in direktoru Fərhad Acalovun təşəbbüsü ilə təşkil olunub. Əvvəlcə şəhidin ruhuna dualar oxunub. Daha sonra Elnur Mustafayevin atası Nəcəf Mustafayev böyük fəxarət hissi ilə qəhrəman oğlunun həyatından və onun keçdiyi döyüş yolundan bəhs edib. O, göstərdiyi diqqət və qayğıya görə qonaqlara təşəkkür edib.
Şəhidin vaxtilə şərəfini qoruduğu idman məktəbinin nümayəndələri də öz növbəsində belə qəhrəman oğul və eyni zamanda nümunəvi idmançı böyütdüyünə görə şəhidin ailəsinə öz dərin minnətdarlıqlarını bildiriblər. Onlar vurğulayıblar ki, hər bir şəhidin ailəsinin qayğısına qalmaq onların maddi və mənəvi borclarıdır.
Qeyd edək ki, şəhid Elnur Mustafayev sərbəst güləş üzrə Respublika səviyyəli bir neçə yarışların qalib və mükafatçısı olub. O, beynəlxalq yarışların da iştirakçısı olub.
Allah rəhmət eləsin!
-
Namiq Abdullayev - 50!
...
-
Mətbuat katibi "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edilib
...
-
Covid-19 pandemiyası ilə bağlı rəsm müsabiqəsi
...
-
Qurban Qurbanov da koronavirusa yoluxub
...
-
Hikmət Hacıyev Ağdamda "Qarabağ" ın üzvləri ilə birlikdə futbol oynayıb
...
-
"Qarabağ" komandası işğaldan azad edilən doğma Ağdama qədəm qoyub
...
-
Nurlan İbrahimov "Qarabağ"ı 100 min avro ziyana salıb özü də futboldan birdəfəlik getdi
...
-
Diego Maradona dünyasını dəyişdi
...
-
Federasiya prezidenti koronavirusa yoluxub
...
-
Şəhidin vəsiyyəti ilə məzarı üstünə "Qalatasaray" bayrağı da asıldı
...