Azərbaycan Premyer Liqası: "Zirə" doğma meydanda xal itirib

  Bölmə: Ölkə futbolu | 403 | 19:23 14-02-2021
Azərbaycan Premyer Liqası: "Zirə" doğma meydanda xal itirib

Bu gün Azərbaycan Premyer Liqasında 15-ci tura yekun vurulub.

OLİMPSPORT xəbər verir ki, ikinci oyun günü daha iki görüş keçirilib. "Qəbələ" doğma meydanda "Keşlə"ni qonaq edib. Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:0.

Turun son matçında isə "Zirə" öz meydanında "Sabah"la üz-üzə gəlib. Qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb. "Sabah" səfərdə qazandığı 1 xal sayəsində sonuncu pillədən qurtularaq 6-cı yerə yüksəlib.

Azərbaycan Premyer Liqası, 15-ci tur

14 fevral

17:00. “Zirə” – “Sabah” - 2:2

Qollar: Kevin Kubemba, 9 (0:1), David Volkov, 79 (1:1), Kevin Kubemba, 82 (1:2), Klesio Bauk, 90+3 (2:2)

Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Rahil Ramazanov, Rauf Allahverdiyev

Zirə İdman Kompleksinin stadionu

15:00. “Qəbələ” – “Keşlə" - 2:0

Qol: Mirab Qiqauri, 50 (1:0), Rafael Utriq, 70 (2:0)

Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Nahid Əliyev, Rəhim Həsənov

Qəbələ şəhər stadionu

13 fevral

"Qarabağ" - "Neftçi" - 1:2

"Sumqayıt" - "Səbail" - 3:0


Digər xəbərlər