Namiq Ələsgərov Türkiyə Super liqasında iştirak edə bilər

  Bölmə: Ölkə futbolu | 240 | 14:32 17-02-2021
Namiq Ələsgərov Türkiyə Super liqasında  iştirak edə bilər

Namiq Ələsgərov karyerasını Türkiyədə davam etdirə bilər

 Bakının “Neftçi” klubunun futbolçusu Namiq Ələsgərov Türkiyə komandalarının maraq dairəsinə düşüb. OLİMPSPORT xəbər verir ki, 10 qolla Azərbaycan Premyer Liqasının bombardirlər arasında lider olan yarımmüdafiəçi qardaş ölkənin “Hatayspor” klubuna keçə bilər.

Rəhbərlik 26 yaşlı futbolçunu heyətinə cəlb etməyi planlaşdırır. Super Liqanın debütantı mövsümün sonunda bununla bağlı “Neftçi” ilə danışıq aparmaq fikrindədir.

Futbolçunun müqavilə müddəti 2022-ci ilin yayına qədər olduğundan, keçid üçün “Neftçi”yə kompensasiyanın ödənilməsi lazım gələcək.

Qeyd edək ki, “Hatayspor” Türkiyə çempionatında 25 turdan sonra 39 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.


Digər xəbərlər