"Neftçi"-"Qalatasaray" matçında biabırçılıq! Jurnalistlərin yerində oturan "Qalatasaray" azarkeşləri kim olub?

  Bölmə: Maqazin | 293 | 22:05 21-02-2021
"Neftçi"-"Qalatasaray" matçında biabırçılıq! Jurnalistlərin yerində oturan "Qalatasaray" azarkeşləri kim olub?

2020-ci ilin avqustun 16-da Bakı Olimpiya Stadionunda keçirilən Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Neftçi"–"Qalatasaray" matçında media tribunasında jurnalistlər üçün ayrılan masaların ətrafında qeyri-jurnalist olan bir neçə "Qalatasaray" azarkeşləri əyləşib. Əvəzində isə bəzi jurnalistlər oyunu ayaq üstə izləyib. Ən böyük ayıb isə həmin azarkeşlərin doğma Azərbaycan klubu "Neftçi" yə rəqib olan komandanın atributlarını nümayiş etdirərək tez-tez şəkil çəkdirmələri olub. Bu eyni zamanda karantin qaydalarının pozulması olub. Çünki, oyun pandemiya(COVİD-19) dövrünə təsadüf etdiyindən stadiona azarkeş daxil ola bilməzdi. Bütün bunlar "Neftçi" klubunun mətbuatla əlaqəli və eyni zamanda hadisəyə cavabdeh şəxslərin gözləri qarşısında baş verib. Hadisənin üstündən xeyli vaxt keçsə də bununla bağlı jurnalist Kamran Hacı dünən baş redaktoru olduğu "Allsport.az" saytında yazdığı geniş məqalədə söhbət açıb. Bu da əbəs yerə olmayıb. Haqqı yeyilən jurnalist olayla bağlı Azərbaycan İdman Jurnalistləri Federasiyasına(AİJF) rəsmi müraciət edib. Kamran Hacı müraciətinin nəticəsiz qaldığını görüb hadisəni özü ictimailəşdirmək qərarına gəlib. "Olimpsport.az" məqalənin həmin hissəsini sizə təqdim edir.

Kamran Hacı:  "Görüşdə media tribunasında mənzərə daha dəhşətliydi. Sanki kolxoz bazarındaydın. Küçədən keçib gəlib oyunda oturan kim, azarkeş kim, «Qalatasaray»ın köynəyini geyinib, şərfini boynuna dolayan qeyri-jurnalist kim. UEFA-nın karantindən dolayı qaydalarında adı çəkilən halların hamısı yasaqdır. AİJF idarə heyətində bunu xəbərçilik və təşkilata qarşı yozmasınlar. Bütün rüsvayçılığı qarşı tərəfdə, AİJA-da yer alan Olimpsport.az-ın baş redaktoru Ramin Allahverdiyev də gördü və yaşadı. Elə digər həmkarlar da. Niyə tək onu qeyd etdim? Çünki boş yer olmadığından, başqa sözlə, yerlərimiz kənar şəxslər tərəfindən tutulduğundan, matçı sonadək ayaq üstə seyr etmək məcburiyyətində qalmışdıq. Hər klub «Qarabağ» deyil ki, yerin öncədən müəyyənləşə və orada səndən başqa digərinin, hətta həmkarının belə əyləşməsinə icazə verilməsin. Oyuna gəldin, geçikdin və ya gəlmədin, müraciətin qeydə alınıbsa, o yer yalnız sənindir. Əslində isə, ən doğru olan, AİJF-in öz üzvünün hüqüqunun qorumasıydı. Bəyanat verərək, «Neftçi»yə etiraz məktubu göndərilməli, PFL, AFFA və UEFA məlumatlandırılmalıydı. Adı son çəkilən qurum klubu cərimələyəndə, onda federasiyanın növbəti dəfə həm sözü keçərdi, həm də nüfuzu artardı. Təbii, bundan sonra futbolda baş verən nöqsan, haqsızlıq və qanun pozuntusu ilə qarşılaşdıqda, AİJF-ə müraciət etməyəcəyəm. Bilirəm ki, onsuz da keçməyəcək. Çünki klubların və AFFA-nın maraqlarını güdən, onlarla tərəfdaşlıq edənlər var".


Digər xəbərlər