İspaniya La Liqası: "Barselona" xal itirib

Fevralın 21-də İspaniya La Liqasının 24-cü turun növbəti oyunu keçirilib.
OLİMPSPORT xəbər verir ki, “Barselona” öz meydanında “Kadiz” klubunu qəbul edib. “Nou Kamp” stadionunda baş tutan görüş 1:1 hesabı ilə heç-heçə başa çatıb. Oyunda hesabı meydan sahibləri 32-ci dəqiqədə açıb. Hakimin təyin etdiyi penaltini Lionel Messi dəqiq yerinə yetirib. Birinci hissə Kataloniya təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb. Fasilədən sonra üstünlüyünü davam etdirən “Barselona” rəqibin qapısı qarşında bir necə dəfə təhlükəli vəziyyətlər yaradıb. Buna baxmayaraq “Kadiz” əsas vaxtın başa çatmasına bir dəqiqə qalmış hesabı bərabərləşdirməyə nail olub. Bu dəfədə hakim 11 metrlik cərimə zərbəsi təyin edib. Aleiş Fernandes fürsəti əldən verməyib. Bu nəticədən sonra xal ehtiyatını 47-ə çatdıran “Barselona” turnir cədvəlində üçüncü yerdə, “Kadiz” isə 25 xalla 14-cü yerdə qərarlaşıb.
-
Ronaldo futbol tarixinin ən yaxşı bombardiri seçilib
....
-
Türkiyə Super Liqası: "Qalatasaray" qələbə qazanıb
...
-
İspaniya La Liqası: "Barselona" vacib qələbə qazanıb
...
-
Çempionlar Liqasının finalı Nyu-Yorkda keçirilə bilər
...
-
UEFA Avropa Liqasında səkkizdəbir final mərhələsinin püşkü atılıb
...
-
"Liverpul" anti rekorda imza atıb
...
-
"Qarabağ" dan ayrılan futbolçu Kipr çempionatında debüt edib
...
-
"Trabzonspor" klubunun 7 futbolçusu koronavirusa yoluxub
...
-
Joze Mourinyo XXI əsrin ən yaxşı məşqçisi seçilib
...
-
UEFA Çempionlar Liqasının yeni topunun üzərində İstanbulun adı yer alıb
...