"Qarabağ" dan ayrılan futbolçu Kipr çempionatında debüt edib

  Bölmə: Xarici futbol | 458 | 14:42 22-02-2021
"Qarabağ" dan ayrılan futbolçu Kipr çempionatında debüt edib

Futbol üzrə Kipr çempionatında 26-cı turun oyunları keçirilib. “Apollon” doğma meydanda “Enosis”i 2:1 hesabı ilə məğlub edib.

OLİMPSPORT xəbər verir ki, qış fasiləsində “Qarabağ”dan ayrılaraq, “Apollon”a keçən Donald Gerye komandada debüt edib. Matçda hesabı 69-cu dəqiqədə haitili futbolçu açıb. Bununla da 31 yaşlı futbolçu debüt oyununda fərqlənməyi bacarıb.

“Apollon”un heyətində “Qəbələ” və “Neftçi”nin keçmiş hücumçusu Baqali Dabo da meydanda olub.

“Apollon” 54 xalla turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. Limassol təmsilçisi lider “Omoniya”dan 2 xal geri qalır.


Digər xəbərlər