"Liverpul" anti rekorda imza atıb

  Bölmə: Xarici futbol | 138 | 14:49 22-02-2021
"Liverpul" anti rekorda imza atıb

“Liverpul” 98 il ərzində ilk dəfə evdə ardıcıl 4 matçda məğlub olub

İngiltərə Premyer Liqasının 25-ci turunda “Liverpul”un derbidə əzəli rəqibi “Everton”a məğlubiyyəti (0:2) cari mövsüm sayca dördüncü olub. Bundan əvvəl Yan Kloppun yetirmələri “Bernli”, “Brayton” və “Mançester Siti”yə məğlub olmuşdular. OLİMPSPORT xəbər verir ki, bununla da ötən 98 ildə “Liverpul” ilk dəfə ev oyunlarında ardıcıl olaraq 4 dəfə məğlub olub. Sonuncu dəfə belə bir göstərici 1923-cü ildə qeydə alınıb.

Onu da qeyd edək ki, Yan Kloppun yetirmələri “Anfild” stadionunda iki ay ərzində altı oyundur ki, qələbə qazana bilmirlər. Son dəfə komanda evdə “Tottenham”ı məğlub edib (2:1).


Digər xəbərlər