İspaniya La Liqası: "Barselona" vacib qələbə qazanıb

  Bölmə: Xarici futbol | 378 | 22:40 27-02-2021
İspaniya La Liqası: "Barselona" vacib qələbə qazanıb

İspaniya La Liqası: “Barselona” səfərdə “Sevilya” üzərində vacib qələbə qazanıb

 Fevralın 27-də futbol üzrə İspaniya La Liqasının 25-ci turunun mərkəzi qarşılaşması keçirilib. OLİMPSPORT xəbər verir ki, turun maraq doğuran görüşü “Ramon Sançes Pisxuan” stadionunda baş tutub.

Cari mövsüm iddialı oyunu ilə diqqət çəkən, dördüncü pillədə qərarlaşan “Sevilya” doğma azarkeşlər önündə üçüncü yerdə olan “Barselona” komandasını qəbul edib.

Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesab 29-cu dəqiqədə açılıb. Usman Dembele komandasını hesabda önə çıxarıb.

Fasilədən sonra Kataloniya təmsilçisi hesab arasındakı fərqi iki topa çatdırıb. Komandanın əsas qol silahı Lionel Messi adını tabloya yazdırıb. Bu argentinalı futbolçunun cari mövsüm vurduğu 19-cu qolu olub.

Bu qələbədən sonra xal ehtiyatını 53-ə çatdıran “Barselona” turnir cədvəlində ikinci yerə yüksəlib. “Sevilya” isə 48 xalla dördüncü yerdə qalıb. “Barselona”nın əzəli rəqibi “Real Madrid” martın 2-də öz meydanında “Real Sosyedad” komandasını qəbul edəcək.


Digər xəbərlər