Nadir Şükürov - 54!

  Bölmə: Maqazin | 403 | 19:01 28-02-2021
Nadir Şükürov - 54!

Bu gün “Kəpəz”in 'əsas komandasının qapıçılarla işləyən məşqçisi Nadir Şükürovun doğum günüdür. OLİMPSPORT xəbər verir ki, futbolçu karyerası ərzində Gəncə klubunda da çıxış etmiş Nadir müəllimin 54 yaşı tamam olur. 

Qeyd edək ki, ölkənin bir çox komandasının qapısını qoruyan Şükorov legioner həyatı yaşamağa da imkan tapıb. Belə ki, "Kəpəz", "Qarabağ", "Qəbələ", "Dinamo Bakı", "MKT Araz", "Karvan" la yanaşı millimizin də şərəfini qorumuş veteran qapıçı 2000-ci ildə Türkiyə Super liqa təmsilçisi "Ərzurumspor" və İranın yüksək liqa təmsilçisi "Kerman" klublarının əsas heyətində çıxış edib. Futbolçu karyerasını 43 yaşında Yevlaxın "Karvan" klubunda bitirib.

Biz də Nadir müəllimi doğum günü münasibətilə OLİMPSPORT kollektivi adından təbrik edir, ona can sağlığı və karyerası ərzində uğurlar arzulayırıq! 


Digər xəbərlər