Azərbaycan Premyer Liqası: "Qarabağ" liderliyə yüksəlib

  Bölmə: Ölkə futbolu | 304 | 22:51 02-03-2021
Azərbaycan Premyer Liqası: "Qarabağ" liderliyə yüksəlib

Azərbaycan Premyer Liqasında 18-ci tura start verilib.

OLİMPSPORT xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib. Turun açılış matçında "Keşlə" "Səbail"in qonağı olub. Oyunda 1:1 hesablı bərabərlik qeydə alınıb.

Günün digər matçında son illərin çempionu "Qarabağ" "Qəbələ"ni qəbul edib. Görüş Qurban Qurbanovun komandasının böyükhesablı qələbəsi ilə yekunlaşıb- 3:0. Bu qələbə sayəsində "Qarabağ" ən azı bir günlük liderliyə yüksəlib. Əgər sabah "Neftçi" sabahkı matçda "Sabah"a qalib gəlsə, bu halda Ağdam klubu ilə xal fərqini bərabərləşdirəcək və şəxsi oyunlardakı üstünlüyə görə yenidən birinciliyə qayıdacaq.

02 mart (çərşənbə axşamı)

18:15. “Qarabağ” – “Qəbələ” - 3:0

Qol: Filip Ozobiç, 22 (1:0), 34. pen (2:0), Mahir Emreli, 38 (3:0)

Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Eyyub İbrahimov, Rövşən Rəcəbov

“Azersun Arena”.

16:00. “Səbail” –“Keşlə” - 1:1

Qol: Tural Axundov, 53 (0:1), Peyman Keşavarazi, 75 (1:1)

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Rəhim Həsənov

“ASCO Arena”

03 mart

16:00."Sumqayıt" - "Zirə"

"Kapital Bank Arena"

18:15."Neftçi" - "Sabah"

"Bakcell Arena"


Digər xəbərlər