Əslən azərbaycanlı olan bodibildinq üzrə iranlı dünya çempionu ölkəmizin şərəfini qorumaq istəyir

  Bölmə: Digər növlər | 658 | 07:04 03-03-2021
Əslən azərbaycanlı olan bodibildinq üzrə iranlı dünya çempionu ölkəmizin şərəfini qorumaq istəyir

“Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, azərbaycanlıyam”

Ulu öndərin bu kəlamını idman sahəsində özünə şüar seçənlər kifayət qədərdir. Bəzi idmançılar var ki, harada olsalar da, ürəkləri Azərbaycan eşqi ilə döyünür. Bu gün onlardan biri haqda danışmaq istəyirik.

Soydaşımız, ağır çəkidə dünya çempionu, Asiya çempionu olan iranlı Mazaher Tabani bodibildinq idman növü ilə məşğul olaraq dünyada tanınır. Belə ki, o, 2017-ci ildə İspaniyada keçirilən dünya çempionatında üçüncü yerə layiq görülüb. 2019-cu ildə isə Birləşmiş Ərəb Əmirliklərinin Fuceyrə şəhərində keçirilən yarışda dünya çempionu olub.

Qeyd edək ki, pandemiya səbəbi ilə bu, keçirilən sonuncu dünya çempionatı oldu. 

Xatırladaq ki, idmançının menecerləri, Rza Atazadə və Seyid Hadi Ərəbinin "Olimpsport.az" saytına verdikləri məlumata görə  BƏƏ, Qətər kimi dünyanın bir çox ölkələrindən həmin ölkələri təmsil etmək üçün təkliflər, dəvətlər alsa da, dünyaşöhrətli idmançı Azərbaycanı təmsil etmək istəyir.

Bundan əlavə, Vətən müharibəsindəki zəfər və qələbə də soydaşlarımızda yüksək ruh yaradıb. Yazının əvvəlində qeyd etdiyimiz şüarı əsas tutan 30 yaşlı idmançı Azərbaycan bayrağı altında çıxış etməyi şərəf hesab edir.


Digər xəbərlər