Azərbaycan Premyer Liqası: "Neftçi" 1 günlük fasilədən sonra yenidən liderliyə yüksəlib

  Bölmə: Ölkə futbolu | 327 | 20:37 03-03-2021
Azərbaycan Premyer Liqası: "Neftçi" 1 günlük fasilədən sonra yenidən liderliyə yüksəlib

Bu gün Azərbaycan Premyer Liqasında 18-ci tura yekun vurulub.

OLİMPSPORT xəbər verir ki, ikinci oyun günündə 2 matç keçirilib. Əvvəlcə "Zirə" "Sumqayıt"ın qonağı olub. Görüşdə qolsuz heç-heçə qeydə alınıb. Günün digər görüşündə isə "Neftçi" "Sabah"ı qəbul edib və 2:1 hesabı ilə qalib gəlib. Bu qələbə ilə xalını 36-ya yüksəldən "Neftçi" yenidən liderliyi bərpa edib. Komanda "Qarabağ"ı şəxsi oyunların nəticələrinə görə üstələyir.

03 mart

Azərbaycan Premyer Liqası, 18-ci tur.

18:15."Neftçi" - "Sabah" - 2:1

Qollar: Namiq Ələsgərov,44 (1:0), Mirabdulla Abbasov, 64 (2:0), Təmkin Xəlilzadə, 90+3-pen (2:1)

Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Rahil Ramazanov, Elçin Məsiyev

"Bakcell Arena"

16:00."Sumqayıt" - "Zirə" - 0:0

Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Vüqar Bayramov, Fərid Hacıyev

"Kapital Bank Arena"

02 mart

"Səbail" - "Keşlə" - 1:1

"Qarabağ" - "Qəbələ" - 3:0


Digər xəbərlər