Futzal millimiz Moldova yığmasına qalib gəlib

  Bölmə: Digər növlər | 454 | 21:32 04-03-2021
Futzal millimiz Moldova yığmasına qalib gəlib

Futzal üzrə Azərbaycan millisi Moldova yığmasına qalib gəlib

Futzal üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti qələbəsini qazanıb. OLİMPSPORT xəbər verir ki, martın 4-də Bakı İdman Sarayında Moldova yığması ilə qarşılaşan millimiz 5:1 hesabı ilə qələbə qazanıb. Bolinhanın dubl etdiyi oyunda millimizin digər qollarını Fineo de Araujo, Rizvan Fərzəliyev və Hadi Əhmədi vurublar.

Millimiz seçmə mərhələ çərçivəsində doğma meydanda Slovakiyanı 4:1, səfərdə isə Yunanıstanı 3:0 hesabı ilə məğlub edib. Hesabında 9 xal olan Azərbaycan millisi turnir cədvəlinin vahid lideridir.


Digər xəbərlər