İngiltərə Premyer Liqası: "Mançester Yunayted" derbidə qalib gəlib

  Bölmə: Xarici futbol | 387 | 07:31 08-03-2021
İngiltərə Premyer Liqası: "Mançester Yunayted" derbidə qalib gəlib

Martın 7-də İngiltərə Premyer Liqasının XXVIII turunun mərkəzi görüşü keçirilib.

OLİMPSPORT xəbər verir ki, turun maraq doğan görüşü “Emireyts” stadionunda "Mançester Siti" və "Mançester Yunayted" komandaları arasında oynanılıb. Qarşılaşma “Mançester Yunayted” klubunun qələbəsi ilə yekunlaşıb - 2:0. Hesabı 2-ci dəqiqədə dəqiq penalti zərbəsi ilə Brunu Fernandeş açıb. Matçın 50-ci dəqiqəsində isə Lük Şou yekun nəticəni müəyyənləşdirib. Bu qələbədən sonra "Mançester Yunayted" xal ehtiyatını 54-ə çatdıraraq yarış cədvəlində ikinci pillədə, “Mançester Siti” isə 65 xalla birinci yerdə qərarlaşıb.


Digər xəbərlər