Çin olimpiada iştirakçılarının vaksinlə təminatı üçün BOK-la işləməyə hazırdır

  Bölmə: Olimpiya Növləri | 334 | 08:49 08-03-2021
Çin olimpiada iştirakçılarının vaksinlə təminatı üçün BOK-la işləməyə hazırdır

Çin olimpiada iştirakçılarının vaksinlə təminatı üçün BOK-la işləməyə hazırdır

Çin olimpiyaçıların COVID-19 virusu əleyhinə vaksinlə təminatı üçün Beynəlxalq Olimpiya Komitəsi (BOK) ilə əməkdaşlıq etməyə hazırdır. OLİMPSPORT AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Çinin dövlət müşaviri, xarici işlər naziri Van İ ölkənin ali qanunverici orqanı olan Çin Xalq Nümayəndələri Yığıncağının illik sessiyası çərçivəsində martın 7-də keçirdiyi mətbuat konfransında deyib.

“Çin və Yaponiya Olimpiya Oyunlarına ev sahibliyi edən ölkələr kimi bir-birini dəstəkləyəcək və əməkdaşlığı dərinləşdirəcək”, deyən Van İ bildirib ki, Pekin olimpiadanın iştirakçılarını vaksinlə təmin etməyə hazırdır.

Qeyd edək ki, ötən il pandemiya səbəbindən təxirə salınan Yay Olimpiya Oyunlarının iyulda Tokioda təşkil olunması, növbəti Qış Olimpiya Oyunlarının isə 2022-ci ilin fevralında Pekində keçirilməsi planlaşdırılıb.


Digər xəbərlər