İtaliya A Seriyası: "Milan" liderlə xal fərqini azaldıb

  Bölmə: Xarici futbol | 256 | 08:54 08-03-2021
İtaliya A Seriyası: "Milan" liderlə xal fərqini azaldıb

İtaliya A Seriyası: “Milan” qələbə qazanaraq lider “İnter” ilə xal fərqini azaldıb

 Martın 7-də futbol üzrə İtaliya A Seriyasının 26-ci turunda çempionluğa iddialı “Milan” komandası səfərdə “Hellas Verona” ilə qarşılaşıb. OLİMPSPORT xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən görüşdə milanlılar qalib gəliblər - 2:0. Oyunda hesabı 27-ci dəqiqədə Rade Kruniç açıb. Fasilədən sonra - 50-ci dəqiqədə “Milan” hesab arasındakı fərqi iki topa çatdırıb. Dioqo Dallot adını tabloya yazdırıb. Bu qələbədən sonra xal ehtiyatını 56-ya çatdıran “Milan” lider “İnter” ilə xal fərqini azaldıb. Martın 8-də ardıcıl dörd oyunda qələbə qazanan “Atalanta”nı qəbul edəcək “İnter”in isə 59 xalı var.


Digər xəbərlər