Böyük Dəbilqə: Cüdoçularımız çıxışlarını iki medalla başa vurdu

  Bölmə: Olimpiya Növləri | 221 | 16:41 28-03-2021
Böyük Dəbilqə: Cüdoçularımız çıxışlarını iki medalla başa vurdu

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Böyük Dəbilqədə bu gün Azərbaycanın son 2 cüdoçusu mübarizəyə qoşulub.

Olimpsport xəbər verir ki, Aslan Mirzəyev 100 kq, Uşangi Kokauri isə 100 kq-dan yuxarı çəki dərəcəsində çıxış edib.

Mirzəyev 1/32 finalda qətərli Reda Nafvaya qalib gəlsə də, növbəti mərhələdə özbəkistanlı Muzaffarbek Turoboyevə uduzub.

Kokaurinin ilk qarşılaşması isə 1/8 finala təsadüf edib. O, türkiyəli Cemal Erdoğanla üz-üzə gəlib. Görüş Erdoğanın qələbəsi ilə yekunlaşıb.

Bununla da hər iki cüdoçu yarışı erkən başa vurub.

Qeyd edək ki, Azərbaycan yığması Böyük Dəbilqəyə 7 kişi və 4 qadın cüdoçu ilə yollanıb. İlk 2 yarış günündə Kəramət Hüseynov (60 kq) və Murad Fətiyev (81 kq) bürünc medal qazanıb.


Digər xəbərlər