AFFA Hİ: "Bizim millətə aidiyyəti olmayanlar Milliyə dəvət edilir"

  Bölmə: Ölkə futbolu | 318 | 21:46 01-04-2021
AFFA Hİ: "Bizim millətə aidiyyəti olmayanlar Milliyə dəvət edilir"

AFFA Həmkarlar İttifaqı: AFFA-nın reformaya ehtiyacı var.

İllərdir futbolumuzda anlaşılmaz addımlar atılır. Almaniyada futbol məktəbi açılır, amma Tovuz, Gəncə, Şəmkir, Lənkəranda futbol “öldürülür”, yerli futbolçulara güvənilmir, yerli məşqçilərə güvənilmir. Amma xaricdə heç kimə lazım olmayan, bizim millətə aidiyyatı olmayanlar milli komandaya dəvət edilir, pasport verilir, amma bir nəticə yoxdur. Uduza-uduza gedirik. Milliyə oyunçuları kimlərinsə sifarişi ilə dəvət edib, oynadan əcnəbi məşqçilər, xaricdən dəvət edilir, ölkənin valyutası ilə hesablaşırlar. Özünə hörmət edən xarici mütəxəssis heç vaxt gəlib 8 komandalı çempionatı olan ölkənin millisinə rəhbərlik etməz. Bunu edənin isə demək ki, başqa bir iddiası yoxdur. Ümumiyyətlə, başqa itirəcəyi bir şey yoxudur. Milli komandaya Şeydayevdən başqa himnimizi oxumağa cəhd edən, dilimizi öyrənməyə çalışan başqa bir gəlmə görmədik. Milli komandaya Namiq Ələskərov, Aqil Məmmədov, Rəhman Hacıyev, Ağabala Ramazanov dəvət almırsa, deməli, məşqçinin görmə qabiliyyətində qüsür var, ya da ona bu futbolçuları dəvət etməyi kimsə qadağan edib.


Digər xəbərlər