TOKİO-2020-yə lisenziya qazanmış idmançılarımızın siyahısı

  Bölmə: Olimpiya Növləri | 228 | 11:09 02-04-2021
TOKİO-2020-yə lisenziya qazanmış idmançılarımızın siyahısı

TOKİO-2020 Yay Olimpiya Oyunlarına və Paralimpiya oyunlarına lisenziya qazanmış idmançılarımızın siyahısı məlum olub. 

OLİMPSPORT həmin siyahını təqdim edir. 

S/S İdmançının adı və soyadı İdman növü və fənni Lisenziya qazanılan yarışın adı Lisenziya qazanılan yarışın tarixi və yeri Qeyd

  1.

Anna Skidan Atletika (çəkic atma) World Challange Nanjing 2019 20-21 may 2019-cu il,
Çin, Nanjinq
Final mərhələsində 5-ci yer olmaqla lisenziya əldə etdi

  2.

Nazim Babayev Atletika
(üç təkanla tullanma)
Qış dünya turu 18-20 fevral 2020-ci il,
Fransa, Lievin
Final mərhələsində 2-ci yer olmaqla lisenziya əldə etdi

  3.

Maksim Şemberev Üzgüçülük (400 m qarışıq) Dünya çempionatı 12-28 iyul 2019-cu il,
Cənubi Koreya, Kvanju
Final mərhələsində 6-cı yer olmaqla lisenziya əldə etdi

  4.

Mariya Stadnik Qadın güləşi (50 kq) Dünya çempionatı 14-22 sentyabr 2019-cu il,
Qazaxıstan, Nur-Sultan
Qızıl medal qazanmaqla lisenziya əldə etdi

  5.

Şərif Şərifov Sərbəst güləş (97 kq) Dünya çempionatı 14-22 sentyabr 2019-cu il,
Qazaxıstan, Nur-Sultan
Gümüş medal qazanmaqla lisenziya əldə etdi

  6.

Hacı Əliyev Sərbəst güləş (65 kq) Avropa Olimpiya təsnifat turniri 18-21 mart 2021-ci il,
Macarıstan, Budapeşt
Gümüş medal qazanmaqla lisenziya əldə etdi

  7.

Hacımurad Hacıyev Sərbəst güləş (74 kq) Avropa Olimpiya təsnifat turniri 18-21 mart 2021-ci il,
Macarıstan, Budapeşt
Gümüş medal qazanmaqla lisenziya əldə etdi

  8.

İslam Abbasov Yunan-Roma güləşi (87 kq) Avropa Olimpiya təsnifat turniri 18-21 mart 2021-ci il,
Macarıstan, Budapeşt
Qızıl medal qazanmaqla lisenziya əldə etdi

  9.

Zöhrə Ağamirova Bədii gimnastika (çoxnövçülük) Dünya çempionatı 16-22 sentyabr 2019-cu il,
Azərbaycan, Bakı
B qrupunda 4-cü yer olmaqla lisenziya qazandı

  10

Aliyə Paşayeva
Diana Əhmədbəyli
Darya Sorokina
Ayşən Bayramova
Zeynəb Hümmətova
Bədii gimnastika
(qrup - çoxnövçülük)
Dünya çempionatı 16-22 sentyabr 2019-cu il,
Azərbaycan, Bakı
Yetərli xal toplayaraq lisenziya əldə etdilər

  11.

Marina Nekrasova İdman gimnastikası (qadınlar - çoxnövçülük) Dünya çempionatı 04-13 oktyabr 2019-cu il,
Almaniya, Ştutqart
Yetərli xal toplayaraq lisenziya əldə etdi

  12.

İvan Tixonov İdman gimnastikası (kişilər - çoxnövçülük) Dünya çempionatı 04-13 oktyabr 2019-cu il,
Almaniya, Ştutqart
Yetərli xal toplayaraq lisenziya əldə etdi

  13.

Ruslan Lunyov Güllə atıcılığı
(25 m məsafəyə kiçikçaplı tapançadan atəşaçma)
Avropa çempionatı 11-23 sentyabr 2019-cu il,
İtaliya, Boloniya
Final mərhələsində 1-ci yer olmaqla lisenziya əldə etdi

  14.

Azərbaycan Velosiped (şosse) - - Olimpiya reytinqdə 44-cü olmaqla lisenziya əldə etdi

  15.

Milad Beigi Harçegani Taekvondo (-80 kq) - - Olimpiya reytinqdə 2-ci olmaqla lisenziya əldə etdi

  16.

Tayfur Əliyev Boks (57 kq) Avropa Olimpiya təsnifat turniri 14-24 mart 2020-ci il,
Böyük Britaniya, London
1/4 mərhələyə keçməklə lisenziya qazandı

 

 

Qazanılan lisenziyalar

 

Atletika 2
Atıcılıq 1
Bədii gimnastika 2
İdman gimnastikası 2
Sərbəst güləş 3
Qadın güləşi 1
Yunan-Roma güləşi 1
Üzgüçülük 1
Velosiped - Şosse 1
Boks 1
Taekvondo 1

 

Tokio şəhərində keçiriləcək XVI Yay Paralimpiya Oyunlarına lisenziya qazanmış idmançılarımızın

S İ Y A H I S I

S/S İdmançının adı və soyadı İdman növü və fənni Lisenziya qazanılan yarışın adı Lisenziya qazanılan yarışın tarixi və yeri Qeyd
(lisenziyanı hansı nəticə ilə əldə etdi)

   1.

Oloxan Musayev Atletika,
lövhə atma
Dünya Çempionatı 07-15 noyabr 2019-cu il,
BƏƏ, Dubay şəhəri
Dünya çempionatında 4-cü yer olmaqla lisenziya əldə etdi (41.58 m)

   2.

Samir Nəbiyev Atletika,
nüvə itələmə
Dünya Çempionatı 07-15 noyabr 2019-cu il,
BƏƏ, Dubay şəhəri
Dünya çempionatında 4-cü yer olmaqla lisenziya əldə etdi (14.06 m)

   3.

Kamil Əliyev Atletika,
uzunluğa tullanma
Dünya Çempionatı 07-15 noyabr 2019-cu il,
BƏƏ, Dubay şəhəri
Dünya çempionatında bürünc medal qazanmaqla lisenziya əldə etdi (7.00 m)

   4.

Raman Salei Üzgüçülük,
100 m arxasıüstə
Dünya Çempionatı 09-15 sentyabr 2019-cu il,
İngiltərə, London şəhəri
Dünya çempionatında gümüş medal qazanmaqla lisenziya əldə etdi (1:01.00 dəq)

   5.

Dana Şandıbina Üzgüçülük - - Dünya reytinqində 10-cu yer olmaqla lisenziya əldə etdi

   6.

Vəli İsrafilov Üzgüçülük Dünya Çempionatı 09-15 sentyabr 2019-cu il,
İngiltərə, London şəhəri
Dünya çempionatında bürünc medal qazanmaqla lisenziya əldə etdi

   7.

Yelena Taranova Güllə atıcılğı,
25 metrə məsafəyə atəş
Dünya Çempionatı 12-18 oktyabr 2019-cu il,
Avstraliya, Sidney şəhəri
Dünya çempionatında 20-ci yer olmaqla lisenziya əldə etdi (557 xal)

   8.

Kamran Zeynalov Güllə atıcılğı,
50 metrə məsafəyə atış
Dünya Çempionatı 12-18 oktyabr 2019-cu il,
Avstraliya, Sidney şəhəri
Dünya çempionatında 15-ci yer olmaqla lisenziya əldə etdi (524 xal)

   9.

Elşən Hüseynov Pauerliftinq,
+107kq çəki dərəcəsi
Açıq Avropa Çempionatı 22-29 may 2018-ci il,
Fransa, Berk-sur-Mer
Açıq Avropa Çempionatında qızıl medal qazanmaqla lisenziya əldə etdi (230 kg)

 


Digər xəbərlər