Ayxan Abbasovdan "Neftçi" üzərində qələbə şərhi

  Bölmə: Ölkə futbolu | 157 | 22:12 04-04-2021
Ayxan Abbasovdan "Neftçi" üzərində qələbə şərhi

"Komandanı çətin oyun gözləyirdi. Rəqibimiz çempionatın iki liderindən biri olan "Neftçi" idi".
 
Bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 21-ci turunda "Neftçi" ilə görüşdən sonra mətbuat konfransında deyib.


O, səfərdə qazanılan 2:0 hesablı qələbəni belə şərh edib: "Bizə də xallar lazım idi, çünki aşağıdakı rəqiblər çata bilər. Millinin toplanışından dönən oyunçular 3-4 gün məşq etmişdi. "Neftçi"ni yaxşı analiz etmişdik. Onların boşluqlarını bilirdik. Futbolçulara hər şeyi aşıladıq. Düşündüyümüz epizodlar oldu və qola çevirdik. Oyunçular bu gün siqnal verdi ki, onlara inanmaq lazımdır. Çempionatda 7 oyun qalıb. Bu qələbə münasibəti ilə azarkeşlərimizi də təbrik edirəm. Baxmayaraq ki, onlar yanımızda deyil, amma dəstəklərini həmişə hiss edirik".


Digər xəbərlər