Əliyar Ağayev üçün növbəti təyinat

  Bölmə: Ölkə futbolu | 148 | 11:51 05-04-2021
Əliyar Ağayev üçün növbəti təyinat

Azərbaycanın FİFA referisi Əliyar Ağayev Yunanıstan Superliqasının çempionluq qrupunun oyununu idarə edib. 

Olimpsport xəbər verir ki, o, 2-ci turda “Panatinaikos” – PAOK matçında baş hakim olub. Ağayevə yan xətt hakimləri qismində Zeynal Zeynalov və Akif Əmirəli yardımçı olub. Görüş Afinadakı "Apostolos Nikolaidis" stadionunda keçirilib. Oyun meydan sahiblərinin böyükhesablı qələbəsi ilə yekunlaşıb - 3:0. Ağayev ev sahiblərinin 3, qonaqların 4 futbolçusuna sarı vərəqə göstərib.

 

Bu nəticədən sonra "Panatinaikos" 49 xalla 4-cü, PAOK 50 xalla 3-cüdür.


Digər xəbərlər