Güləş yığmalarımız Göygöldə təlim-məşq toplanışlarına start verib

  Bölmə: Güləş | 120 | 14:46 05-04-2021
Güləş yığmalarımız Göygöldə təlim-məşq toplanışlarına start verib

 Güləş yığmalarımız növbəti təlim-məşq toplanışına start verib.

OLİMPSPORT federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, yunan-Roma, sərbəst və qadın güləşi üzrə millilərimiz Göygöl Olimpiya İdman Kompleksində hazırlıq keçir.

Aprelin 19-25-də Polşanın paytaxtı Varşavada keçiriləcək Avropa çempionatına və mayın 6-9-da Bolqarıstanın Sofiya şəhərində təşkil olunacaq Dünya Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyan təlim-məşq toplanışında əsas diqqət fiziki hazırlığın yüksəldilməsinə ayrılıb.

Xatırladaq ki, aprelin 10-dək davam edəcək hazırlıq prosesi haqqında ətraflı məlumat daha sonra ictimaiyyətin diqqətinə çatdırılacaq.


Digər xəbərlər