"Neftçi" üzərində qələbə "Sumqayıt"ın tarixinə düşdü

"Sumqayıt" klub tarixində 100-cü qələbəsini qazanıb.
OLİMPSPORT xəbər verir ki, bu yubiley Azərbaycan Premyer Liqasının 21-ci turuna təsadüf edib. Səfərdə “Neftçi”ni 2:0 hesabı ilə məğlub edən komanda 347-ci matçında 100-cü dəfə qalib gəlib. Digər oyunlarda 89 heç-heçə edən sumqayıtlılar 158 dəfə uduzub.
2010-cu ildə yaradılan klub indiyədək Premyer Liqada 77, Azərbaycan kubokunda 10, Birinci divizionda 13 dəfə qələbə qazanıb. “Sumqayıt”ın ilk qələbəsi də aşağı dəstəyə təsadüf edib. 2010/11 mövsümündə “Sumqayıt Şəhər” adı ilə çıxış edən debütant ilk qələbəsini 2010-cu il oktyabrın 2-də qazanıb. Həmin gün “Gənclik şəhəri” təmsilçisi evdə “Karvan”ı bir qolla məğlub edib.
-
AFFA TFF ilə VAR sistemini müzakirə etdi
...
-
Azərbaycan klubları dünyada neçəncidir? - SİYAHI
...
-
Azərbaycan Premyer Liqasında son 5 mövsümün rekordu təkrarlandı
...
-
Premyer Liqamızda gənclərə ən çox şans verən komanda açıqlandı
...
-
Sabahda yeni müqavilə
...
-
Qurban Qurbanovdan qələbə şərhi
...
-
"Hakimləri oyuna aqressiv hazırlayırlar"
...
-
Rəşad Sadıqov heç-heçədən danışdı
...
-
Sənan Qurbanov meydandan şikayətləndi
...
-
"Qarabağ" qələbə sayəsində "Neftçi" ilə xal fərqini artırdı
...