Rusiya futbolunda faciə

  Bölmə: Ölkə futbolu | 115 | 16:47 05-04-2021
Rusiya futbolunda faciə

Rusiya futbolunda faciə baş verib.

OLİMPSPORT xəbər verir ki, gənclərdən ibarət "Znamya Truda" komandasının futbolçusu Nikita Sidorov oyun zamanı həyatını itirib.

 

Orexovo-Zuyevo şəhərindəki "Torpedo" stadionunda keçirilən görüşün 2-ci hissəsində meydan çıxan 18 yaşlı futbolçunun 5 dəqiqə sonra halı pisləşib. Gənc oyunçu yıxılaraq yerindəcə keçinib. Həkimlər dərhal müdaxilə etsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, Sidorovun ölüm səbəbi beyin damarının partlamasıdır.


Digər xəbərlər