Lüksemburq millimizlə oyun öncəsi yoldaşlıq matçı keçirəcək

  Bölmə: Ölkə futbolu | 99 | 19:22 06-04-2021
Lüksemburq millimizlə oyun öncəsi yoldaşlıq matçı keçirəcək

DÇ-2022-nin seçmə mərhələsinin A qrupunda Azərbaycan millisinin rəqiblərindən olan Lüksemburq yığması yoldaşlıq oyunu keçirəcək.

OLİMPSPORT Lüksemburq Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Lük Holtsun başçılıq etdiyi kollektiv Şotlandiyanı qəbul edəcək. Qarşılaşma iyunun 6-da oynanılacaq.

Qeyd edək edək ki, Azərbaycan millisinin qrupda növbəti matçı səfərdə Lüksemburq seçməsinə qarşı olacaq. Sentyabrın 1-də gerçəkləşəcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. İlk 3 turdan sonra xal qazana bilməyən Canni De Byazinin rəhbərlik etdiyi kollektiv sonuncu pillədə qərarlaşıb. Lüksemburqlular isə 3 xalla 3-cüdür.

 

Digər xəbərlər