Ronaldunun qolunu saymayan hakim AVRO-2020-dən kənarda qaldı

DÇ-2022-nin seçmə mərhələsinin Serbiya ilə oyununda Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldunun vurduğu qolu qeydə almayan yan xətt hakimi Mario Diks cəzalandırılıb.
OLİMPSPORT-un məlumatına görə, onun adı AVRO-2020-nin matçlarına təyinat alan referi Danni Makkelinin başçılıq etdiyi hakimlər briqadasından çıxarılıb.
Diksin əvəzinə Avropa çempionatına Yan de Fris aparılacaq.
Qeyd edək ki, 2:2 hesabı ilə başa çatan görüşün əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə Ronaldunun zərbəsindən sonra top qapı xəttini keçsə də, Diks fərqli qərar qəbul edib. Buna əsəbiləşən 36 yaşlı forvard kapitan sarğısını qolundan çıxararaq yerə atıb. Matçdan sonra epizodun təkrarına baxan hakim səhvini boynuna alaraq Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuşdan üzr istəyib.
Ramin Allahverdiyev
-
Daha iki klub ÇL-də 1/8 finalda
...
-
Niderland final mərhələsində, Türkiyə və Ukrayna pley-offda
...
-
İngiltərə və İsveçrə DÇ-2022-nin final mərhələsində
...
-
Serbiya, Xorvatiya və İspaniya DÇ-2022-də
...
-
Azərbaycan millisi Qətərə qarşı
…
-
Dünya çempionatının 6 iştirakçısı bəllidir
...
-
DÇ-2022: Azərbaycan millisi seçmə mərhələdə son oyununu keçirəcək
...
-
Avro-2020-nin finalından ən maraqlı şəkillər
...
-
Avro-2020-nin ən yaxşı bombardiri
...
-
Avro-2020-nin qalibi müəyyənləşdi - Yenilənib
…