Rafael Ağayev Neymar, Novak Cokoviç və Lebron Ceymslə eyni siyahıda

Yaponiyanın paytaxtı Tokiodakı Yay Olimpiya Oyunlarında iştirak edəcək ulduzların adları açıqlanıb.
OLİMPSPORT-un məlumatına görə, "Globoesporte" nəşri olimpiadanın startına 100 gün qalmış, müxtəlif idman növləri üzrə 100 ən yaxşı idmançının siyahısını tərtib edib.
Siyahıya Azərbaycanın karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayev də düşüb. Ağayev bu idman növündə yer alan yeganə karateçi olub.
"100-lük"də Braziliya millisinin və Fransa PSJ-nin ulduz futbolçusu Neymar, məşhur tennisçilər - ispaniyalı Rafael Nadal, serbiyalı Novak Cokoviç və isveçrəli Rocer Federer, ABŞ təmsilçisi Serena Uilyams, basketbolçular Lebron Ceyms və Stefen Karri kimi digər tanınmış simalar da var.
Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları koronavirus pandemiyası ilə əlaqədar 2020-ci il 24 iyul - 9 avqustdan bu il 23 iyul - 8 avqusta təxirə salınıb. Yay Paralimpiya Oyunları isə 24 avqust - 5 sentyabrda gerçəkləşməlidir.
-
Çimərlik futbolu üzrə Azərbaycan yığmasının heyəti açıqlanıb
...
-
AFFA Obradoviçlə bağlı qərarı açıqladı
…
-
Teymur Rəcəbovdan növbəti heç-heçə
…
-
İdmançımız 23 il sonra Avropa çempionatında qızıl medal qazandı
…
-
Azərbaycan cüdoçusu nüfuzlu beynəlxalq mükafata layiq görülüb
...
-
Teymur Rəcəbov ABŞ şahmatçısı ilə qarşılaşacaq
...
-
"Sabah"ın daha bir komandası çempion oldu
...
-
Azərbaycan döyüşçüləri dünya çempionatından 5 medal qazanıblar
...
-
Oleq Krapivinə dəstək
...
-
Trek üzrə mövsümün açılış yarışı keçirilib
...