Millimizin rəqibi Yamayka və Yaponiya ilə qarşılaşacaq

  Bölmə: Xarici futbol | 1431 | 14:35 13-05-2021
Millimizin rəqibi Yamayka və Yaponiya ilə qarşılaşacaq

Millimizin DÇ-2022-nin seçmə mərhələsindəki rəqiblərindən olan Serbiya yığması yoldaşlıq oyunları keçirəcək.

Draqan Stoykoviçin baş məşqçi olduğu komanda iyunun 7-də Yamayka, 4 gün sonra Yaponiya ilə Kirin kuboku çərçivəsində qarşılaşacaq. Hər iki görüş Yaponiyada keçiriləcək.

Qeyd edək ki, Serbiya  Azərbaycanla ilk oyunda 2:1 hesabı ilə qalib gəlib. Bu komandalar arasında ikinci matç oktyabrın 12-i keçiriləcək.


Digər xəbərlər