"Keşlə" Azərbaycan kubokunun qalibi oldu

  Bölmə: Ölkə futbolu | 2287 | 21:58 24-05-2021
"Keşlə" Azərbaycan kubokunun qalibi oldu

Bu gün  Azərbaycan kubokunda 2020/21 mövsümünün final oyunu keçirilib.

“Bank Respublika Arena”da oynanılan həlledici matçda “Keşlə” və “Sumqayıt”  üz-üzə gəlib. 2:1 hesabı ilə qalib gələn Bakı təmsilçisi tarixində ikinci dəfə bu titula sahib çıxıb. Komanda eyni zamanda Konfrans Liqasına vəsiqə qazanıb.

Qeyd edək ki, “Sumqayıt” bu mövsüm Premyer Liqada bürünc medallara sahib çıxdığı üçün avrokuboklara vəsiqəni təmin etmişdi. “Keşlə” isə ölkə çempionatını 6-cı pillədə başa vumuşdu.


24 may
 
19:30. “Keşlə” –
 “Sumqayıt” - 2:1
Qollar: 
Miyusko Boyoviç, 3-avtoqol (0:1), Şəhriyar Əliyev, 37 (1:1), Miyusko Boyoviç, 57 (2:1)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev
“Bank Respublika Arena”
 


Digər xəbərlər