Azərbaycan millisi 2-ci oldu

  Bölmə: Ölkə futbolu | 1102 | 01:16 29-05-2021
Azərbaycan millisi 2-ci oldu

Ukraynada Valeri Lobanovskinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirə yekun vurulub.

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu turniri ikinci yerlə başa vurub.

Turnirdəki ilk matçında Ukrayna yığması üzərində 1:0 hesablı qələbə qazanan millimiz, ertəsi gün Özbəkistan yığmasına eyni hesabla məğlub olub.

Turnirin son oyununda Ukrayna yığmasını 2:0 hesabı ilə məğlub edən Özbəkistan komandası xatirə turnirinin qalibi olub. Bu üzdən də milli komandamız ikinci yerlə kifayətlənib.


Digər xəbərlər