Millimiz Belarusa qarşı

  Bölmə: Ölkə futbolu | 1040 | 09:55 02-06-2021
Millimiz Belarusa qarşı

Azərbaycan milli komandası bu gün növbəti beynəlxalq yoldaşlıq oyunu keçirəcək.

Canni De Byazinin baş məşqçisi olduğu komanda Belarusla qarşılaşacaq. Minskdəki "Dinamo" stadionunda oynanılacaq matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Yoldaşlıq oyununa azarkeşlər də buraxılacaq.
 
Qeyd edək ki, millimiz bundan əvvəl Türkiyəyə 1:2 hesabı ilə uduzub. Komandamız iyunun 6-da isə Kişinyovda Moldova ilə yoldaşlıq oyunu keçirəcək.

 

2 iyun

Beynəlxalq yoldaşlıq oyunu

20:00. Belarus - Azərbaycan
Minsk, "Dinamo" stadionu


Digər xəbərlər