"Neftçi" legioneri ilə yollarını ayırdı

  Bölmə: Ölkə futbolu | 1001 | 11:22 03-06-2021
"Neftçi" legioneri ilə yollarını ayırdı

"Neftçi" klubu futbolçusu Bruno Teluşi ilə yollarını ayırmağa qərara alıb.

Ölkə çempionu müqaviləsi başa çatan 31 yaşlı yarımmüdafiəçi ilə vidalaşıb.

Buna baxmayaraq, albaniyalı oyunçu karyerasını Azərbaycanda davam etdirə bilər. Mövsümü 4-cü sıradan bitirən və avrokuboklar şansını qaçıran "Zirə" Teluşini heyətinə qatmaq istəyir.

Onun Albaniyadan da təklifləri olduğu yazılıb.

Qeyd edək ki, Bruno Teluşi 2020-ci il oktyabrın 20-də "Neftçi"yə keçib.


Digər xəbərlər