Gimnastımız Misirdə gümüş medal qazandı

  Bölmə: Ölkə futbolu | 789 | 13:40 07-06-2021
Gimnastımız Misirdə gümüş medal qazandı

Azərbaycanın idman gimnastı Cavidan Babayev Misirdə keçirilən Dünya Kubokunda gümüş medal qazanıb.

Təsnifatda halqalarla çıxışına görə finala adlayan idmançı həlledici mərhələdə fəxri kürsünün ikinci pilləsinə yüksəlməyi bacarıb.

Sərbəst hərəkətlər üzrə finala vəsiqə qazanan Murad Ağarzayev isə yekunda 6-cı yerlə kifayətlənməli olub.

Qeyd edək ki, 3 - 6 iyunda təşkil olunmuş Dünya Kubokunda Azərbaycanı 3 gimnast təmsil edib. Babayev və Ağarzayevlə yanaşı, Sərvər Əliyev də yarışda qüvvəsini sınayıb.


Digər xəbərlər