Avro-2020: Skandinaviya derbisini Finlandiya qazandı

  Bölmə: Qatar-2022 | 371 | 09:23 13-06-2021
Avro-2020: Skandinaviya derbisini Finlandiya qazandı

İyunun 12-də futbol üzrə Avropa çempionatının B qrupunda birinci turun oyunlarına start verilib. OLİMPSPORT xəbər verir ki, Kopenhagendəki "Parken” stadionunda keçirilən görüşdə Danimarka və Finlandiya komandaları qarşılaşıb.

Birinci hissəsinin sonlarında danimarkalı futbolçu Kristian Eriksenin huşunu itirməsi səbəbindən oyun bir müddət dayandırılıb. Finlandiya seçməsi 60-cı dəqiqədə hesabı açıb. Yere Uronenin cinah ötürməsindən sonra Yoel Paxyanpalo qapıya dəqiq baş zərbəsi endirib.

Qarşılaşmanın 74-cü dəqiqəsində Finlandiya komandasının qapısına 11 metrlik cərimə zərbəsi təyin olunub, lakin Pyer Xeyberq bu şansı əldən verib.

Beləliklə oyun 1:0 hesabı ilə Finlandiyanın xeyrinə başa çatıb.

Xatırladaq ki, bu görüş birinci hissənin sonlarında danimarkalı futbolçu Eriksenin meydanda ürəyi dayanması səbəbindən yarımçıq dayanmışdı. Bəlkə də bu hadisə Danimarka yığmasının futbolçularına psixoloji cəhətdən təsir göstərməsi də məğlubiyyətə səbəb olan amillərdən olub.


Digər xəbərlər