Güləş Federasiyası qanvermə aksiyası keçirdi
Bu gün Azərbaycan Güləş Federasiyası qanvermə aksiyası keçirib.
Xeyriyyə məqsədli tədbir Olimpiya Güləş Mərkəzində keçirilib. Aksiyada Mərkəzi Qan Bankının əməkdaşları milli komandalarımızın məşqçilərindən və güləşçilərindən qan ehtiyatı götürüb.
Qeyd edək ki, toplanan qan ehtiyatı talassemiyadan əziyyət çəkən uşaqlara köçürüləcək.