Tokio-2020: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu
Tokio-2020 Yay Olimpiya Oyunlarında cüdo yarışlarının püşkü atılıb.
Azərbaycan təmsilçilərinin də ilk rəqibləri bəlli olub.
Titullu idmançılardan Rüstəm Orucov rusiyalı Musa Moquşkovla, Orxan Səfərov isə qazaxıstanlı Yerlan Serikjanovla üz-üzə gələcək.
Kişilər
60 kq.
Kəramət Hüseynov - Eşli Makkenzi (Böyük Britaniya)
66 kq
Orxan Səfərov -Yerlan Serikjanov (Qazaxıstan)
73 kq
Rüstəm Orucov - Musa Moquşkov (İOC, Rusiya)
81 kq
Murad Fətiyev - Frederik Harris (Sierra Leone)
90 kq
Məmmədli Mehdiyev - Rafael Makedo (Braziliya) / İslam Bozbayev (Qazaxıstan) cütünün qalibi
100 kq
Zelim Kotsoyev - Aleksandr İddir (Fransa)
+100 kq
Uşangi Kokauri - Matsey Sarnaçki (Polşa)
Qadınlar
48 kq
Aişə Qurbanlı - Katarina Koşta (Portuqaliya)
+78 kq
İrina Kindzerska - İzayana Marenko (Nikaraqua) / Larisa Tseriç (Bosniya və Herseqovina) cütünün qalibi
Tokio-2020 Yay Olimpiya Oyunlarında cüdo yarışlarına iyulun 24-də start veriləcək. Azərbaycan tarixdə ilk dəfə olaraq olimpiadada 9 idmançı ilə təmsil olunur. Tatamiyə ilk olaraq Kəramət Hüseynov (60 kq) və Aişə Qurbanlı (48 kq) çıxacaq. Olimpiadada cüdo yarışları iyulun 31-də başa çatacaq.