İki güləşçimiz üçün bürünc medal şansı

Macarıstanın paytaxtı Budapeştdə yeniyetmə güləşçilərin dünya çempionatı davam edir.
 
Beşinci yarış günündə 48, 55, 65, 80 və 110 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.
 
Fəraim Mustafayev ilk görüşdə xorvat güləşçini cəmi 1 dəqiqə ərzində məyus yola salıb. Ancaq 1/4 finalda Türkiyə güləşçisiylə görüşdə hakimlərin olduqca şübhəli qərarlarıyla uduzub. Rəqib finala yüksəldiyi üçün Mustafayev iyulun 24-də təsəlliverici görüşə çıxacaq.
 
Məhəmməd Şükürzadə təsnifat mərhələsində Belarus idmançısına tam üstünlüklə qalib gəlib. Ancaq 1/8 finalda hindistanlı rəqibinə uduzub.
 
İsmayıl Rzayev debütdə qazaxıstanlı rəqibinə məğlub olub.
 
Cocu Səmədov startda Belarus təmsilçisinə gücünü göstərib. ABŞ idmançısına da qalib gələn həmyerlimiz yarımfinala yüksəlib. Finalın bir addımlığında gürcü rəqibinə uduzan həmyerlimiz ümidini bürünc medala bağlayıb.
 
48 kq
1/8 final: Fəraim Mustafayev - Filip Mikuliç (Xorvatiya) 8:0
1/4 final: Fəraim Mustafayev - Servet Angi (Türkiyə) 1:4
Təsəlliverici görüş: Fəraim Mustafayev - Dmitri Darahi (Belarus)
 
55 kq
Təsnifat: Məhəmməd Şükürzadə - Saveli Raşçinski (Belarus) 8:0
1/8 final: Məhəmməd Şükürzadə - Rupin Rupin (Hindistan) 0:5
 
65 kq
Təsnifat: İsmayıl Rzayev - Tahir Amangəldi (Qazaxıstan) 5:10
 
80 kq
1/8 final: Cocu Səmədov - Maksim Masiukeviç (Belarus) 4:2
1/4 final: Cocu Səmədov - Rayder Roqotzke (ABŞ) 11:4
1/2 final: Cocu Səmədov - Açiko Bolkvadze (Gürcüstan) 0:8
Bürünc medal görüşü: Cocu Səmədov - Beybit Korqanov (Qazaxıstan)/Patrik Qordan (Rumıniya)