
Cüdo üzrə Azərbaycan milli komandasının məşqçi heyəti istefaya göndərilib
Avqustun 2-də Azərbaycan Cüdo Federasiyasında (ACF) vitse-prezident Sadıq Sadıqovun rəhbərliyi ilə iclas keçirilib.
İclasda federasiyanın baş katibi Elmar Babanlı, daimi fəaliyyət komissiyasının sədri Ağayar Axundzadə, baş katibin müavini Elnur Əşrəfoğlu, əsas və gənclərdən ibarət milli komandaların aparıcı cüdoçuları iştirak ediblər.
İclasda kişilərdən ibarət cüdo millimizin Tokio Olimpiadasındakı uğursuz çıxışı ilə əlaqədar millimizin məşqçilər heyəti bütünlüklə istefaya göndərilib. Belə ki, ukraynalı baş məşqçi Ruslan Maşurenko başda olmaqla onun bütün köməkçiləri vəzifələrindən uzaqlaşdırılıb.
Həmçinin yüksək əməkhaqqı alan cüdoçuların maaşlarının onların son bir ildə nüfuzlu beynəlxalq yarışlardakı nəticələrinə uyğun qaydada ödəniləcəyi barədə qərar qəbul olunub. Kişilərdən ibarət cüdo üzrə milli komandanı çalışdırmaq müvəqqəti olaraq gənclərdən ibarət yığmanın baş məşqçisi Elçin İsmayılova tapşırılıb.
Daha çox xəbər









30-09-2023
Gənclər və İdman Nazirliyi tərəfindən daha bir idman zonası istifadəyə verilib






26-09-2023
İsveçin "Hakken" klubu "Qarabağ"la oyundan əvvəl üç futbolçusu ilə müqaviləni yeniləyib










24-09-2023
Azərbaycanın daha bir cüdoçusu “Böyük dəbilqə” turnirində qızıl medal qazanıb

24-09-2023
Qadın həndbolçularımız Avropa Həndbol Federasiyası kuboku çərçivəsində ilk oyunlarını keçiriblər



