İdman naziri güləş federasiyasında

Sentyabrın 23-də Gənclər və İdman naziri Fərid Qayıbov Azərbaycan Güləş Federasiyasının fəaliyyəti ilə tanış olub.

Federasiya ilə tanışlıq zamanı nazir idmançıların məşq prosesini izləyib, onlar üçün yaradılmış şəraitlə tanış olub.

Daha sonra nazir Fərid Qayıbov federasiyanın maddi-texniki bazasına baxış keçirib.

Azərbaycan Güləş Federasiyasının prezident əvəzi, Dünya Güləş Birliyinin Büro üzvü Namiq Əliyev nazirə federasiyanın fəaliyyəti, yerli və beynəlxalq səviyyəli yarşlara hazırlıq, gənc idmançılarla işin qurulması, çətinliklər, federasiyanın gələcək planları barədə məlumat verib. Qeyd olunan məsələlər ətrafında fikir mübadilələri aparılıb.

Görüşdə sərbəst güləş üzrə milli komandanın baş məşqçisi Namiq Abdullayev, Bakı şəhəri Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və Güləş Federasiyasının baş katibi Orxan Məmmədov iştirak ediblər.