Rafiq Hüseynov dünya çempionu olub

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Norveçin paytaxtı Oslodakı dünya çempionatında final görüşünə çıxıb.

82 kq çəki dərəcəsindəki idmançı türkiyəli Burhan Akbudakla qüvvəsini sınayıb.

Rəqibinə 2:1 hesabı ilə qalib gələn Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı karyerasında ilk dəfə dünya çempionu olub.