Azərbaycan güləşçisi erməniyə qalib gələrək yarımfinala çıxıb

Azərbaycanın sərbəst güləşçiləri Serbiyanın paytaxtı Belqradda keçirilən U-23 dünya çempionatında mübarizəyə başlayıb.

Xalça üzərinə çıxan 5 idmançıdan ikisi artıq yarımfinala vəsiqə qazanıb.

57 kq-da Əliabbas Rzazadə 1/4 finalda ermənistanlı Manvel Xndzrtsyana, 79 kq-da isə Əşrəf Aşırov isveçrəli Tanquy Darbellaya qalib gələrək növbəti raunda yüksəliblər.